3
Yorum
3
Beğeni
5,0
Puan
917
Okunma
Yollara güman qalmamış,
Gedəlim,duman qalmamış,
Qorxmağa zaman qalmamış,
Haqdı,alaq haqqımızı.
Beş quruşa satırdılar,
Sələminə yatırdılar,
Dəryalarda batırdılar
Qalaq qalaq haqqımızı.
Qazandıq,günah sayıldı,
Sayılmadı,gah sayıldı,
Yeyənlər Allah sayıldı,
Neçə balaq haqqımızı.
Minbir sitəm eylədilər,
Yüyənə gəm eylədilər,
Qırdılar,kəm eylədilər
Calaq calaq haqqımızı.
Fərmanlarla bitirdilər,
Qapı qapı ötürdülər,
Nerelere götürdülər,
Gedək bulaq haqqımızı.
5.0
100% (3)