0
Yorum
0
Beğeni
0,0
Puan
1147
Okunma
Sən mənim ruhuma nece hopmusan
Anlaya bilmirəm ana bilmirəm
Nə sənsiz təsəlli tapmayır ürək
Nə də bu eşqimi dana bilmirəm
Olmuşam az qala divanələr tək
Axar göz yaşlarım niranələr tək
Məhəbbət şəmində pərvanələr tək
Elə bir dəfəlik yana bilmirəm
Necə çalxaladın zirək könlümü
Vüsal çırpıntımı, dilək könlümü
Sənmi əridirsən mumtək könlümü
Sənmi gətirirsən cana bilmirəm
Sən ey cazibəli boyu bəstəyi
Gəl dirilt elsevər könlü xəstəyi
Rəbbim ürəyimdən mehri istəyi
Necə aldı verdi sana bilmirəm