1
Yorum
1
Beğeni
5,0
Puan
1108
Okunma
(kısa)
Vaxtında gəlmədim bu dünyaya
mən,
Tələsdim,geçikdim...Bilə bilmədim.
Nə qədər istək var içimdə,ölüb,
Nə qədər yaşayır,hələ bilmirəm.
Vaxtında gəlmədim bu dünyaya
mən,
Baharı ötürdüm,yaza çatmadım.
Arayıb bulunca xirman yerini,
Çoxu payladılar,aza çatmadım...
Dünya fırlanırdı elədən belə,
Bilməzdim günlərim hədər
geçəcək.
Onun ürəyindən zamanın oxu,
Mənim ürəyimdən kədər geçəcək.
Tanrı daş atmışdı mən gələn
günə...
Dağın bu üzündə günəş batırdı.
Göz yaşım çilənıb boz buludlara,
Buludun ətəyi yerə çatırdı.
......
Vaxtında gəlmədim bu dünyaya
mən,
Gəldim ki...həyatın tadı dəyişmiş.
Leyla da başqadı,Məcnun da
başqa,
Sevginin ünvanı,adı dəyişmiş.
Nə gözəl tapılır məni sevəsi,
Nə gül,nə bir çiçək,üzüm,dərim
mən.
İllər də sədd qoyub eşqə,həvəsə,
Bu yaşda çiçəyi kimə verim mən.
....
Vaxtında gəlsəydim bu dünyaya
mən...
Qədərə,qismətə sözüm yox,daha.
Çiynimə o qədər günah yazılıb,
Qayıdıb getməyə üzüm yox daha.
*
5.0
100% (1)