2
Yorum
1
Beğeni
5,0
Puan
979
Okunma
Ürəyimdə nisgil,qubar,
Arxamca qovur ruzigar,
A söyüdlər,
nə yox,nə var?!
Ay almalar,ay armudlar,
Baharınız kutlu olsun,
Nübarınız kutlu olsun!
Səlam olsun
sizə yollar,
səlam olsun
sizə dağlar!
Ana toprak,
ocağına səlam olsun!
Doğan günəş,
sıcağına səlam olsun!
Memleketim,
bucağına səlam olsun!
Anam,anam,
qucağına səlam olsun!
Mənim yolum
uzağadır,
məni yoldan saxlamayın,
gedəsiyəm.
A bənövşə,a yasəmən,
qayıtmasam ağlamayın!
Bir uğura,bir gümana
ağız açıb,söz almışam.
Sağlıqla qal,
sabah şehim.
Axşam mehim,
sağlıqla qal!
Yol tutmuşam asimana,
sağlıqla qal,
qarış qarış,oymaq oymaq
çölüm,düzüm,
sağlıqla qal!
Məndən sonra
qalan izim,
sağlıqla qal!
Sağlıqla qal!
5.0
100% (2)