2
Yorum
4
Beğeni
5,0
Puan
654
Okunma
Cənnətdən qəfil düşmüşəm,
Həvvaya kefil düşmüşəm,
İllərdi səfil düşmüşəm,
Qara yeri bulamıram.
Bu yer,bu fəza hakkımdı,
Çəkirəm cəza,hakkımdı,
Allahdan riza hakkımdı,
Yalvarıram,alamıram.
İlaç nerdə,çarə nerde
Bohçalarda qalan dərdə,
Kədərimi pərdə pərdə
Ha gəzirəm,çalamıram.
Nə bu böylə mərd içində,
Mərd qovrulur dərd içində,
Bu kadar namərd içində
Qal deyirlər,qalamıram.
Dövran zordu,səfası yox,
Dərdi bihal,dəvası yox,
Sevgiliyik vəfası yox,
Qol boynuna salamıram.
Təmizəm su daşı kimi,
Dupduru gözyaşı kimi,
Dayanmışam kişi kimi,
Tükürmüşəm,yalamıram.
*
5.0
100% (4)