2
Yorum
3
Beğeni
5,0
Puan
1166
Okunma
Axşamın üzünə toz yağmur yağır,
Saçların isladır yanaqlarını.
Tutub əllərini göyərçin kimi,
Öpürəm sımsıcaq dodaqlarını.
Bu sevda dünəndən yarımçıq
qalıb,
Bu sevda gecəmin yuxularıdı.
Bu sevda saçına taxdığım çiçək,
Bu sevda çiçəyin qoxularıdı.
Külək saçlarını çırpır üzümə,
Gözündən gözümə qoşa göz
düşür.
Sənin ürəyinə sevmək həvəsi,
Mənim ürəyimə sanki,köz düşür.
Uçuram içimdə xəyallar kimi,
Gözlərim yolları alıb aparır.
Köksündən köksümə danışan
ürək,
Qəlbimi gönlümdən çalıb aparır.
Bu sevgi yağmurun ömru
qədərsə,
Yağsın,heç kəsməsin keşgə,ilahi.
O qızın dilində,dodaqlarında,
Dönüm məhəbbətə,eşqə,ilahi.
5.0
100% (3)