1
Yorum
2
Beğeni
5,0
Puan
723
Okunma
Bu dağlar kosa dağlar,
Yolları kəsə dağlar,
Çeşmələri quruyub
Batıbdı yasa dağlar.
Bu dağdan geçəmmirəm,
Suyu buz,içəmmirəm,
Yüz gözəlin içindən
Birini seçəmmirəm.
Ağacdan dal düşübdü,
Almaya xal düşübdü,
Qoy öpüm dodağından
Yadıma bal düşübdü.
Sarayın günçıxanı,
Bacaları tıxanı,
Sənə əziyyət olar
Qoy mən açım yaxanı.
Bu naxışmış,döyməmiş,
Qıraqları əyməmiş,
Vallah,ölən deyiləm
Sənə əlim dəyməmiş.
Zər atdım boşa düşdü,
Fırlandı, qoşa düşdü,
Yastıq qoydum yatmağa,
Gəldi baş başa düşdü.
*
5.0
100% (2)