3
Yorum
2
Beğeni
5,0
Puan
991
Okunma
Mənə rüya danış,
Yalanlar olsa da.
Sevdalı başımda
Dumanlar olsa da.
Mənə aşkı söylə,
Qüssəmi,kədərmi.
İlk bahar buluşduk,
Son bahar gedərmi.
Mənə sən ümid ver,
Sözümüz söz olsun.
Özleyen dodaqlar,
Gözləyən göz olsun.
Mənə bir türkü de-
Bir damla göz yaşı.
Gedirəm qürbətdi,
Yolların o başı.
...Bir sevda doğurduk,
Sabahın üzünə.
Düşmüşuk yolboyu
Bu sevda izinə.
Dönərsək vüsaldı,
Dönməzsək o həsrət.
Bir mənəm,bir də sən,
Bir kader,bir qismət.
*
5.0
100% (3)