1
Yorum
1
Beğeni
5,0
Puan
1351
Okunma
Azmı çəkdim cəfanızı,
Umdum hakdan şifanızı,
Gördüm sonda vəfanızı...
Dostlar,sizdən küsdüm daha.
Yaxşınıza canım fəda,
"Uf" demərəm düşsəm oda,
Heç salmayın məni yada,
Dostlar,sizdən küsdüm daha.
Qəlb yanmazsa göz yaş olmaz,
Laf arası qöz-qaş olmaz,
Sizdən mənə qardaş olmaz.
Dostlar,sizdən küsdüm daha.
Sanmayın dərbədər məni,
Öldürəcək kədər məni,
Yakdınız bu qədər məni,
Dostlar,sizdən küsdüm daha.
Bu dünya xəyal adası,
Əksilmir canım qadası,
Bir tək mən qaldım gedəsi,
Dostlar,sizdən küsdüm daha.
Qədərim başdan suçumdu,
Ağrısı bəyaz saçımdı,
Bu gedən mənim göçümdü,
Dostlar,sizdən küsdüm daha.
Ərzin varı,yoxu yalan,
Dost dedik ya,çoxu yalan,
Bəhanəniz axı,yalan.
Dostlar,sizdən küsdüm daha.
5.0
100% (1)