2
Yorum
3
Beğeni
5,0
Puan
1026
Okunma
Qamış damdan dam olmaz,
Hər şüşədən cam olmaz,
Oduna yandır məni,
Pərvanəsiz şam olmaz.
Sap iynədən geçmədi,
Neynim,gözüm seçmədi,
Mey süzdüm kasasına,
Verdim,yarım içmədi.
O yolçu ötən deyil,
Gözümdən itən deyil,
Aylar,illər geçsə də
Bu sevda bitən deyil.
Kipriyin ox mu sənin,
Sevənin çox mu sənin,
Xəstəyəm,can üstəyəm,
Xəbərin yox mu sənin.
Özün özümə halal,
Üzün üzümə halal,
Dodağın dodağıma,
Gözün gözümə halal.
Çocukmuşsun hələ sən,
Çıxmamısan çölə sən,
Dərsini məndən al ki,
Sevgi nədir,biləsən.
Qucumaq belə yaşaq,
Oxşamaq ələ yasaq,
Dünyanın harası bu
Danışmaq dilə yasaq.
5.0
100% (4)