1
Yorum
1
Beğeni
5,0
Puan
756
Okunma
Ömrün bu başı ağırmış,
Üzündən qəmlər yağırmış,
Gedirəm,göylər çağırmış,
"Qalanlara salam olsun"
Çəkəməm fələk,nazını,
Tərs yazmış yazan yazını,
Gönlümün qırıq sazını,
"Çalanlara salam olsun"
Şükr tanrının adına,
Dilərsəm salır yadına,
Canımı hakkın oduna
"Salanlara salam olsun"
Bir tufanam içimdə mən,
Sevdakı var-başımda çən,
Aşkı alıb gönüllərdən
"Bulanlara salam olsun"
Sormayın ahıl yaşımı,
Yollar göyərtdi daşımı,
Dərdin əlindən başımı
"Alanlara salam olsun"
5.0
100% (1)