3
Yorum
3
Beğeni
5,0
Puan
1558
Okunma

Qaranlıqda oxunmur kitablar,
oxunmur, qiraətçi.
Baxma mənə elə
Yalanın ömründən də qısadır həyatım....
Gəl sənə zülmətdə oxunandan danışım.
Naməlum ünvandakı
Masumiyyət müzeyinin, 2012-ci bölməsindən.
“R.”dan.
Gəlmiş, keçmiş bütün insan qəlblərinə
yetəcək qədər sevginin var olduğu
“R.”dan.
Kafka kədərinin
Bukovski ərköyünlüyünün
Orxan Pamu inadının ...olduğu “R.”dan.
Sadəcə “R.” dan danışım.
Təəccüblənmə elə.
Bəzən cildlərlə kitabın aciz qaldığını bir hərf anladar.
“O” kimi.
Günəşin dönüşünü gözləmə, qiraətçi
çatmaz günəşin gücü qaranlıqlara.
Bura ümidlərin bezdiyi yerdi...
Oxu!
Hərfləri oxu.
“O”nun yazdığı hərfləri....
5.0
100% (4)