2
Yorum
1
Beğeni
0,0
Puan
1837
Okunma

Dodaqlar utanar bəzən
deyilməli olan sözlər
məhbəs həyatı yaşayar...
Zaman küsər gedər.
Sözlərin yerinə
bir anlıq həyatlar dilə gələr
saralar, bozarar
ama
əsl sevgilər fotolarda olar
yenə də
gedənləri saxlamaz yolundan...
Xəyallar
milyon illər keçmişə sürgün edilər
itər-batar zamanın tozunda.
Gedənlər aparar özləriylə
gülümsəməyi
sevinməyi
yaşamaq bacarığını
gələcək günlərinə bilet əvəzi...
Gedənlər bilməzlər
bütün gözəlliklərin
körpə bir uşağın göz yaşlarına dəymədiyini
bomjun acından ölsə də dilənmədiyini
sevgisiz cənnətin belə mənasız olduğunu...
Gedənlər bilməzlər
çox şeyi,
bilmədikləri üçün də
gedərlər...