4
Yorum
2
Beğeni
4,8
Puan
1995
Okunma

Köhnələr əsla sevilməz
dostların da artıq köhnəsi yoxdu.
Vicdan, əqidə də
köhnəliyin qalığı kimi
nənələrin
paslı, qıfıllı, böyük
sandığında qalıb...
Ruhlar da köhnədi, maraqsızdı
çünki
birinci həyatlarının təkrarlarıdı.
Biz təkrarlarda səhvlərimizi düzəltmədik
bəlkə
elə ona görə də köhnəldik...
Duydum,
artıq duydum sənin də köhnəliyini
çevirmirsən həyat səhifələrini
saatın istirahətdə
gözlərin bir nöqtədə
köhnəliyin musiqisini dinləyirsən
yenilik tapmaq ümidiylə...
Sözlər də köhnəliyin qurbanıdı
səhər yazdığın sözə cavab
gecə yuxuda müəllifin qınağıdı
təzə sözlərsə birinci həyatın kodlarıdı
və
beləcə böyük bir köhnəlik yaşayırıq,
kədər və təəssüf dolu,
bir anlıq həyat.
Təzə və ikincianın ümidiylə....
5.0
80% (4)
4.0
20% (1)