6
Yorum
4
Beğeni
5,0
Puan
1828
Okunma

Bir gəmi yola düşər
sahilsiz dənizdən....
Sərişinləri yalnız
xəyal və ümiddən ibarət gəmini
kapitan idarə edər
və buna ehtiyac da bilməz...
Gəzər
heç kimin
bilmədiyi
dünyaları
sərhəd tanımadan...
Gəzər
müharibələrin oyun
ölümün əyləncə
olduğu yerləri
qorxmadan, usanmadan...
Ona görə onunla
mübarizə aparar.
xəyal və ümiddən
sevinc, xoşbəxtlik yaranar
.Artar gəminin sakinləri...
Bir kapitan yola düşər
tufanlı dənizdən...
uşaq təbəssümündə
nifrət, qəzəb ölər
baxışlarına bürünüb
bədbəxtlikdən qorunmaq olar....
Və icazəsiz idarə edər gəmini
Və heç buna ehtiyac da olmaz...
5.0
100% (6)