4
Yorum
0
Beğeni
5,0
Puan
2250
Okunma

Gedirəm...
Barmağımla ölçə - ölçə
daşsız, çınqılsız, keçməkeçsiz
Və heç də uzun olmayan yolumu.
Sol əlimdə keçmiş, sağ əlimdə gələcək...
Gedirəm...
Bacardıqca tələsə - tələsə
iki metr ağ parçaya
dəyişib ümidlərimi.
Bir ayağımda sevinc, bir ayağımda kədərlə...
Gedirəm...
Hönkürüb ağlaya - ağlaya
o ağ parçanı örtməkçün
Bir ovuc torpaq həsrətiylə...
Göz yaşımda islanmış ruhumla gedirəm.
Bütün tənələrdən, istehzalı baxışlardan,
vicdansız ləqəbindən...hər şeydən, hər şeydən
qaçıb,
Qara bağın qara ağacları üçün
Bir parça torpağa,
Havası üçün bir topa buluda
çevrilməkçün....
Gedirəm...
5.0
100% (1)