7
Yorum
4
Beğeni
5,0
Puan
1667
Okunma

Əbədilik axtarışları...
bir gün tapacağına ümidlənmək
bütün
mövcudiyyətin fonundan istəyinə səslənmək.
Nəticədə isə
ağır gəlir uğursuzluğun məhkum etdiyi
sükut.
Tək bir sükut
bənzərsizdi, səmimidi, qiymətlidi...
Hətta həyatın bütün gözəlliklərinin
xoşbəxtliyinin
sevincinin səsi
səninlə susmaq qədər
dəyərli deyil...
Elə səsin kimi
yeddi notun bütün bəstələrində
aça bilmədiyi sirr gizlənib
səsində.
Bəlkə buna görə də
buludların arasından süzülən
günəş şüası kimi
ağlımdan keçib ürəyimə süzülmüsən.
“Gözlər ruhun aynasıdı” deyirlər
baxanda ruhumu görə biləcəyim qədər
safdı, təmizdi gözlərin....
quruluşların, dövlətlərin, millətlərin yox
insanlığın var olduğu
səndə
sonsuzluq var
sonlar aləmində
həsrətini çəkdiyim sonsuzluq...
5.0
100% (6)