3
Yorum
1
Beğeni
4,7
Puan
1384
Okunma

Vicdanlı olmaq
insan olmaqdı
ziyalı,
mənən zəngin olmaqdı
Yer yox
“Kasıblar” planetində yaşayırıq biz.
Vicdansız insan
torpağın qidası olan
cəsədə bənzəyir
hər tərəfdə baş daşları dikəlir
Yer yox
“Ölülər” planetində yaşayırıq biz.
Vicdan
Çingizin ağlayan səsində
yıxılan kamerasında qaldı.
Vicdan
acından ölən uşağın
yalvarışlı gözlərində
dilənən qocanın
əsən, qırışlı əllərində qaldı.
Yer yox
“Vicdansızlar” planetində yaşayırıq biz.
Şeytanın sehirli çubuğuyla
edilən hər günahda
kiçilir, qaralır vicdan
hər dəfə də bağışlanmağa
tənbəllik edir insan.
Tənbəllik libasını soyunmasaq
Vicdanın yox olma
şeytanın Allah olma
təhlükəsi var...
5.0
67% (2)
4.0
33% (1)