4
Yorum
2
Beğeni
5,0
Puan
1354
Okunma

Ovcunu gözlərimə yaxınlaşdırma, qadın!
Mən pulu azadlığa dəyişən adamam.
Çək incik baxışlarını gözlərimdən
Yolumu daha da qısaltma, qadın!
Mən pulu heçliyə dəyişən adamam...
İstəmə məndən əllərimi, qaraçı qadını!
“Boşdur” əllərim,
Mən əllərinin cizgiləri silinmiş adamam.
İnadkar olma belə, qaraçı qadını!
Tapa bilməzsən məni
Mən öz taleyində itmiş adamam...
Ölmüş anasının həkimə getdiyinə inanan
uşaq kimi
dualarım kimi
çox atdım qəpiyimi göylərə
seçdiyim tərəfi düşsün deyə.
Yorma daha özünü,
qəpiyinin eyni imiş, hər iki üzü...
5.0
100% (2)