0
Yorum
1
Beğeni
5,0
Puan
814
Okunma
Seçib sayılmayan başım,
Dərddən ayılmayan başım,
Şaha əyilməyən başım,
Gədaya əyilməz,baba.
Sirri xuda cümlə faşdı,
Can mənzili gözlə qaşdı,
Bu Tanrının qəlbi daşdı,
Taşa söz deyilməz,baba.
Sözü evlər yıxan kəsin,
Hakkı başa qaxan kəsin,
Baxtı qara çıxan kəsin
Qapısı döyülməz,baba.
Hələ çoxdu qırılası,
Ürəyindən vurulası,
Bir qulaq var burulası,
Parası yeyilməz,baba.
Günlər ömrün yaprağıdır,
Yıllar solan saplağıdır,
Toprak,Vətən toprağıdır,
Öpülər,söyülməz,baba.
baba-hem de Güney
Azerbaycanda müracat,hitab
gəda-kötü adam
faş-agah,malum,
mənzil-süre
bəxt-kader
döymək-dövmek
*
5.0
100% (1)