4
Yorum
1
Beğeni
5,0
Puan
625
Okunma
Müsibətdi,dostun ola,
Zatında xası olmaya.
Əl sıxışa,çörək kəsə,
Əhdə vəfası olmaya.
Halını sora umasan,
Dərdinə cara umasan,
Bir kuruş para umasan,
Gönlü,rizası olmaya.
Gözündən qan yaş tökəsən,
Zülüm çəkib ev tikəsən,
Müsibətdi,bağ əkəsən,
Zevqi səfası olmaya.
Ümidin ölə qəfəsdə,
Gəncliyin sola qəfəsdə,
Bülbülün ola qəfəsdə,
Neyi nəvası olmaya.
Tanrı yazan-baş üstünə,
Daş qoyasan daş üstünə,
Yaşın gələ yaş üstünə,
Heyf,mənası olmaya.
müsibət-musibet
çörək-ekmek
*
5.0
100% (3)