0
Yorum
0
Beğeni
5,0
Puan
625
Okunma
Daşı ətəyimə tökən kəs mənə
"Daşı ətəyindən tök"-deyir,indi.
İllərcə çalışıb tikdiyim evi,
"Tikmisən,təzədən
sök"-deyir,indi.
Heç dilə tutmasın məni boş yerə,
Daha dəyişmişəm,sözə baxmıram.
Zövqüm də dəyişib görkümə görə,
Geyəndə qumaşa,bezə baxmıram.
Başıma vurmuram səhv eləyəndə,
Vuranda çovuyub qəlbimə dəyir.
Nöqsanım,qüsurum ağır yük kimi,
Dizimi əyməyir,belimi əyir.
Bəzən fırladıram daşı göylərə,
Düşəndə qayıdıb başıma düşür.
Cavanlıq dilimə,dodaqlarıma,
Qocalıq ömrümə,yaşıma düşür.
Nə dünya dağılır,nə ömür bitir...
Bəlkə,taleyimiz qoşa yazılıb.
Onunku tanrının öz dəftərinə.
Mənimki atdığım daşa yazılıb.
5.0
100% (1)