1
Yorum
1
Beğeni
0,0
Puan
953
Okunma
Məni doğan ana şəfəqdə doğub,
Gözümdə günəşin rəngi qalıbdır.
Laylalar,nağıll ar unudulsa da,
Yadımda Koroğlu,cəngi qalıbdı.
Əkəndə gül əkib,çiçək əkiblər,
Çıxanda yerimdən çinar çıxmışam.
Dağın zirvəsində buz bulaq,axıb
Dağın ətəyindən yanar çıxmışam.
Mənə kitablardan ad axtarmayın,
Adım əməlimdə,dilimd ə gəzir.
Əslim,nəcabətim türklüyümdədir,
Körpə uşaq kimi belimdə gəzir.
Dünyanın nə dərdi,nə azarı var,
Gəlib ürəyimdən keçir elə bil.
Haqqı ayaqlayıb keçən ayaqlar,
Mənim kürəyimdən keçir,elə bil.
Vicdanı asmışam gözüm
önündən,
Gündə əlli kərə dönüb baxıram.
Azacıq pərsəngi əyilən kimi,
Alıb qarmağından yerə çaxıram...
Əgər mən susarsam,dünya da
susar,
"Eşitməz qulaqlar kəsilməyincə".
Hələ çox çəkəcək bu zülüm,bu zor,
Qənşərlər,qabaq lar kəsilməyincə.
*