0
Yorum
0
Beğeni
0,0
Puan
912
Okunma
Dostlar,yadınıza düşsəm əğər
mən,
Aydın bir səhərdə axtarın məni.
Ürəkdən süzülüb dillərə düşən,
Şirin nəğmələrdə axtarın məni.
Varsa qəlbinizdə sevgi dənizi,
Dağların soyuğu üsütməz sizi.
Tutub dik yamaca dırmaşan izi,
Uca zirvələrdə axtarın məni.
Mən yayın istisi,mən qışın qarı,
Payız küləkləri,yaz yağışları,
Üz tutub bir mavi dənizə sarı,
Sakit ləpələrdə axtarın məni.
Qoca təbiətlə dostam əzəldən,
Mənə ilham verir bu çöl,bu çəmən.
Ünvan soruşmayın,a dostlar
məndən,
Yollarda-səfərdə axtarın məni.
*