1
Yorum
1
Beğeni
5,0
Puan
941
Okunma
Hicranı yarama səpdin duz kimi,
Eşqin bir biyaban,mən susuz kimi,
Saxla ürəyini,saxla buz kimi,
Sən hələ də mənim xatırımdasan.
Dadın bal kimidir dodaqlarımda,
Laləmi qızarır yanaqlarımda,
Həzin bir pıçıltı qulaqlarımda.
Sən hələ də mənim xatırımdasan.
Göçən durnayamı qoşuldun
getdin,
Tənha bulutmuydun boşaldın
getdin,
Ürkək ahu kimi baş aldın getdin,
Sən hələ də mənim xatırımdasan.
Ömrüm xəzanında cövlan eyləyir,
İçimdə mevsimlər tufan eyləyir,
Neyləyir insana zaman eyləyir,
Sən hələ də mənim xatırımdasan.
Dağda bir çiçək var,onu qopar
sən,
Məzarım yaxındı yola,taparsan,
Nə var ikimizlik götür apar sən.
Sən hələ də mənim xatırımdasan.
5.0
100% (1)