1
Yorum
0
Beğeni
0,0
Puan
807
Okunma
Yanlış nə,yalan nədi,
Heç bilmədim dünyada mən.
Ölən nə, qalan nədi,
Heç bilmədim dünyada mən.
Bir dən atdım toprağa,
Cücərdi,insan olmadı.
Topraq nə,ya can nədi,
Heç bilmədim dünyada mən.
Qail oldum dininə,
Zatında hakkı bulmadım.
Rəhm nə,rəhman nədi
Heç bilmədim dünyada mən.
Zərrəsindən zülmətə
Bir nur düşər,kar eyləməz.
Vəzn nə,mizan nədi,
Heç bilmədim dünyada mən.
Hakk olan vacib deyilmiş,
Nəfsi-şeytan var ikən.
Tanrı nə,Şeytan nədi,
Heç bilmədim dünyada mən.
Vahidəm,həm naşıyam
Sözdən qəsrlər tikməyə.
Qəsr nə,zindan nədi,
Heç bilmədim dünyada mən.
*