1
Yorum
0
Beğeni
0,0
Puan
1013
Okunma
...İçimdə bir təlaş
çöldə soyuq,qar,
haçan qayıdacaq
görən bu bahar?
Ümüdim üzülür,
səbrim tükənir,
Gecikmiş bir sevda
ölür içimdə.
Sonun ucundayam...
Bəlkə son dəfə...
Öz dərdim özümə
gülür içimdə.
Qəm-qüssə könlümü
almış cənginə.
Ah,bahar gəlsəydi,
gəlsəydi barı,
keşgə,qayıtsayd ı
durna qatarı.
Əngin səmaların,
dərin göylərin
bir naxış vurardı
mavi rənginə...
...Durub pəncərəmin
önündə,müdam
o boylu dağlara
baxıb qalmışam.
Orda uzaqlarda-
zirvələrdə qar,
burda masam üstə
bom-boş varaqlar.
Çiynimə tozunan
bir əl olsaydı,
üzümü oxşayan
bir əl olsaydı,
Bəlkə oyanardı
duyğularım da.
Daha səksənməzdim,
sayaqlamazdım
bir huzur tapardım
uyğularımda.
...Boş otaq,dörd divar,
çöldə soyuq ,qar,
masamın üstündə
bom-boş varaqlar.
Könlüm də bom-boşdur
varaqlar kimi.
Hayana çəkirəm
yola gəlməyir
nadinc,söz qanmayan
uşaqlar kimi.
Bircə tez gələydi
bahar,ilahi.
Ruhumu sarmış
o qüssə-kədəri
sabahin yelləri
alıb gedəydi.
Hələ xəyalımdan
itib getməmiş
o gözəl,o dadlı,
o sarışın qız
pəncərəm önündən
keçəydi bir də-
bu xəstə könlümü
çalıb gedəydi...
...Mənə bu dünyada
təsəlli verən
hər şeyə,hamıya
-əlvida-dedim.
Ölüb-dirilməyə
hazıram artıq.
Hazıram az-acıq
umudum varkən
torpaqdan cücərən
toxumlar kimi
təzədən doğulub
böyüməyə mən.