2
Yorum
2
Beğeni
5,0
Puan
1082
Okunma
Bir gün...
Həmin o gün gələcək.
Bizim olacaq o gün.
Çeşmələrdən sızan
büllur damlalar
çayları coşduracaq,
qoşacaq bir dəniz
yolunda,
sonsuzluğa doğru...
Bir gün...
Bizim də qağayılar
çarpacaq qanadlarını
mavi dənizin
sakit dalğalarına...
Bir gün...
Bizim bülbüllər də
dar qəfəslərdən
çıxıb,uçaçqlar
dünyanın o başına-
hələ qızılgüllərin
solmadığı yerlərə,
bitməyən sevdaların
həzin nəğmələrini
oxumağa...
Bir gün...
Bizim sabahlar da
açacaq.
Açaçq şəfəqlərin
qızılı rənginə.
Dupduru jalələrin
gözündə bir dünya
doğaçq aləlvan.
Sabahın səpsərin
yellərində daranacaq
saçımın bəyaz
telləri.
Açılacaq pəncələr taybatay
günəşin sıcaq üzünə,
bir daha
batmasın deyə...
Yağmurlar da yağacaq
bir gün...
Yağacaq torpağın
bərəkətinə.
Gülçiçəklər açacaq
qoxusu sevdalı qızların
nəfəsi kimi.
Dodağıma düşən
damlalardan sönəcəyəm
içimin atəşiylə...
Bəyaz atlı oğlan da
qayıdıb gələcək
bir gün...
Gerçek olacaq
masallar,
hüdudsuz çollərin
yamyaşıl otları kimi.
Huzur gətirəcək
dünyaya
ədalətin zəfərində.
Bir Leyla masalı da
bitəcək,
yarı qalmış
sevdaların xətrinə...
Bir gün...
Tanrı da dönəcək
bizə tərəf.
Soracaq hesabını
şükürlərin,
soracaq əyilən
tərəzilərin mizanını,
hakkın əmanətini,
gözyaşlarına dönüşən
iztirabların nədənini
soracaq...
O gün bəlkə...
Mən də mən oldum-
İNSAN KİMİ.
Özgürlüyün mutluluğunu
bayram etdi
RUHUM
göz yaşlarında...
Bir gün...
Həmin o gün gələcək.
Bizim olacaq o gün!
5.0
100% (2)