0
Yorum
1
Beğeni
5,0
Puan
957
Okunma
Yaşamaq həvəsim qalmayıb belə,
Bu gen dünya mənə yaman dar gəlir.
Köhnə günahımı yumamış,hələ
Qarşıdan nə qədər günahlar gəlir.
Qəlbimlə duyuram hakkı,imanı,
Ancak,hakk qapısın aça bilmirəm.
Başımın üstündə allah amanı,
Taleyin əlindən qaça bilmirəm.
Azıram gecənin qaranlığında,
Dünyanın dərd yükü kürəyimdədir.
Başım ağrıyardı cavanlığımda,
İndi ağrılarım ürəyimdədir.
Daha isinmirəm sevgi oduna,
Başımda saçımın ağı çoxalır.
Sevdalı qızlar da salmır yadına,
Dostlarım azalır,yadlar çoxalır.
Daha bu həvəs də o həvəs deyil,
Oyanar yarımçıq,sönər yarımçıq.
Daha bu nəfəs də o nəfəs deyil,
Yoxuşa qalxmamış dönər yarımçıq.
Tale verdiyini almışam daha,
Nöyütü qurtarmış çıraq kimiyəm.
Mən özüm özümlə qalmışam daha,
Yüyrükdə oynayan uşaq kimiyəm.
*
köhnə-eski
günah-suç
tale-kader
kürək-sırt
nöyüt-yakıt,petrol
çıraq-lamba
özüm-kendim
yüyrük-bebek için beşik
5.0
100% (1)