1
Yorum
2
Beğeni
5,0
Puan
853
Okunma
Mənim alnım bəyazıydı,
Nə yazdımsa,özüm yazdım.
Sağ yanına-qüssə kədər,
Sol yanına-dözüm yazdım.
Qədər ağartdı qaşımı,
Quru yandırdı yaşımı,
Geçəmmədim dağ-daşımı,
Günahkarı dizim yazdım.
Düşdüm dərdin bol yerinə,
Cığır tapdım yol yerinə,
Yaxşılığın qol yerinə
Möhür vurub " bizim " yazdım.
Təqvimdən bir varaq düşdü,
Eşq gönlümdən iraq düşdü,
Fələk məndən qabaq düşdü,
O kor dedi-gözüm yazdım.
*
5.0
100% (2)