0
Yorum
1
Beğeni
5,0
Puan
1036
Okunma
Həyat nədir-iki nəfəs,
Zindan olsun,ya da qəfəs
Bitməz sevda,ölməz həvəs,
Dünya gözəl dünydır.
Ya tikan ol,ya ol çiçək,
Kəpənək ol,ya ol böcək,
Bu dünyadan necə köçək,
Dünya gözəl dünyadır.
Dağlar uzaq,düzlər yaxın,
Çaylar axar axın-axın,
Yerə baxın,göyə baxın,
Dünya gözəl dünyadır.
Müştəriyəm sövdasına,
Tutulmuşam sevdasına,
Təəccübəm inşasına,
Dünya gözəl dünyadır.
Əzabı da xoşduq desən,
İçsən sudur,baldır yesən,
Yalan da sən,yaman da sən,
Dünya gözəl dünyadır.
5.0
100% (1)