1
Yorum
0
Beğeni
5,0
Puan
637
Okunma
...Niyə belə tez küsürsən?
Bu ürəkdə,bu könüldə
nəyim varsa,sənin oldu.
Vermədiyim varsa,nəsə
küsməyinə bəhanəsə,
Unut getsin!
Sən deməyi-danışmağ i
xoşlayırsan,
mən susmağı.
Bu halimə küsdün yoxsa?
Əgər özgə qəsdin yoxsa,
Unut getsin!
Mənim bəyaz
köynəyimin naxışları,
sənin güllü
ətəyinə yaraşmırmış...
Üzülmə heç,
üstündən keç,
Unut getsin!
Bu küçənin yeri dardı.
Yandan ötüb keçənlərin
gözü səndə,gözü məndə.
Nə günahım,nə günahın...
Mənə baxan gözə baxma,
hər deyilən sözə baxma,
Unut getsin!
Yanağında dodaq izi,
saçlarında tumar yeri.
Bir öpüşü
dodağından qoparmağa
fərasətim yoxsa,əgər,
umu-küsü nəyə dəyər?!
Unut getsin!
Fərağına tutuşmuşam,
əzab nədir,can çəkirəm.
Sənə o üç kəlmə sözü
söyləməyə can çəkirəm.
Ürəyimdə varsa qərar,
nə fərqi var,
Unut getsin!
Elə zərif çiçəksən ki,
qoparmağa əlim gəlmir.
Güllərindən dəstə tutub
bağlamasam,
toy gününə saxlamasam...
Unut getsin!
...Mən sevgiyə inanıram,
sən qədərə.
Sevgi məndən,qədər səndən.
Bu sevgidən bar olmasa,
Tanrı bizə yar olmasa,
Unut getsin!
Unut getsin!
5.0
100% (1)