0
Yorum
0
Beğeni
0,0
Puan
646
Okunma
*
İllər ötdükcə aynalar
məni fərqli göstərir.
Bilmirəm,
dəyişən illərdir,
aynalardır,yoxs a mən.
Cansız bir camın
arxasında həyata bax.
Bir az tərsinə,
bir az uzaq.
Burada,arxamda
zaman axıb gedir
saçlarımın bəyaz
tellərində.
Orada bir xəyal durur,
əski fotolarda
olduğu kimi.
Sanki,hər şey donmuş,
gölgəmin əlvan rəngində.
Dodaqlarımda titrəyiş,
alnımda qırış yeri.
Şaşırmış kimi
aynanı sığallayıram-
hamhamar,ama bunbuz.
İllərsə ötür
hər şeyə rəğmən,
gözqapaqlarımda ,
və ürəyimdən
geçən ağrılarımda.
Ölüm üfüqlərin ötəsində
məni gözlərkən belə,
heç nədən qorxmuram.
Təkcə,aynalarda n başqa...