0
Yorum
0
Beğeni
0,0
Puan
1115
Okunma
...Düz iki il keçdim
pəncərənizin önündən.
O zaman tələbəydim.
Sadəlöhv uşaq kimiydim sanki.
Nə tapsaydım onu yeyərdim,
nə alsaydılar onu geyərdim.
Nə zamanı daşımağa
saatım vardı,
nə də dəftərlərimi aparmağa
çantam.
Təkcə xəyallarım vardı-
dünya tutmayan,
bir də arzularım vardı-
göylər qədər əl çatmayan!
Heç sevməzdim yaşadığım şəhəri.
Özgələr saraylarda yaşarkən
biz gecəqondularda yaşardıq.
Elə o zaman da varlılar
adamı saymazdılar,
pullarıni sayardılar.
İndiki kimi...
Mənim yaşadığım gecəqondudan
bir tin o yana siz qalardınız.
Xatirimdədir-ik inci mərtəbə,
birinci giriş.
Küçəyə açılan bir pəncərəniz də
vardır.
Pərdəsiz,amma ger-geniş.
Düz iki il keçdim
o pəncərənin önündən.
Evinizin qarşısında
bir tut ağacı da vardı-
budaqları pəncərənizə tərəf
əyilmış.
...Sən piano çalardın,mən isə
tut ağacının altında dayanıb
sənə qulaq asardım.
Sonra pəncərəyə çıxardın,
uzaqlra,lap uzaqlara baxardın.
Yadımdadır,həmi şə ya saçına,
ya da yaxana
qırmızı qərənfil taxardın.
Beləcə günlər ötüb keçərdi...
Mən dərs kitablarını
varaqlayardım,
sən isə not dəftərlərini.
Günlər həftələrə,həftə lərsə
aylara doğru sıralanardı.
Sənin barmaqlarında
Bethovenin " Ay"ı,
mənimsə könlümdə
hələ duymadığım
bir sevda odu yanardı.
Bir gün,nəhayət gözlərim
gözlərini tapdı.
Fəqət,nə baxışlarında diqqət
vardı,
nə də üzündə təbəssüm.
Sanki,yenə lap uzaqlara baxardın.
Zamansa günbəgün ötərdi.
Öyrəşmişdim tut ağacının altına-
öz evimizə öyrəşdiyim kimi.
Orada istsidən yanardım,
orada soyuqdan donardım,
gah yağmurda islanardım.
Amma,amma dözərdim,
bir gün səadət tapmaq
ümüdiylə dözərdim.
Günlərsə ötüb keçərdi.
Sən,heç zaman görməyəcəyim
evinizin içərisində
əsrarəngiz musiqilər çalardın,
mən isə tut ağacının altında
sözlərini yazardım.
Yenə pəncərəyə çıxardın.
Baxardın,hey baxardın.
Günlər dəyişdikcə sənin də
baxışların dəyişərdi.
İndi üzündə bir təbəssüm,
dodaqlarında isə
öpücük qədər bir hərarət vardı.
Bilirdim,sən də bilirdin-
bu sevda bir xəyal idi,
çünki,bizi ayıran
bir sədd,bir sərhəd vardı.
Bu sərhəd sizin həyat tərzinizdən,
evinizin qarşısında dayanan
bahalı maşından,bir də atanın
ədalı yerişindən keçərdi.
...Qarşıdan yay tətili gəlirdi.
Mən kəndə yaşamaq üçün
ruzi toplamağa gedəcəkdim,
siz isə uzaqlara-istira hətə...
Vaxt tez gəlib ötdü,
mənimçün tətil,sizinüçün sə
istirahət bitdi.
Yenə pəncərənizin önünə
tələsdim.
Yenə pianoya qulaq asmaq,
baxışlarındakı o diqqəti,
üzündəki sevdalı təbəssümü
görmək istədim.
Amma.gördükləri mə şaşırdım.
Sanki,ürəymdən vuruldum,
sanki,içimdə nə isə qırıldı!
Evinizin qarşısında maşınlar
dayanmışdı,
sizinki kimi bahalı,adamları da
atan kimi ədalı.
Bir də gəlin maşını vardı.
Piano səsi də gəlmirdi daha.
Bizim "vağzalı"ya bənzəyən
bir hava çalırdılar-
səsli-küylü bir hava...
Səhəri gün mən dərsdən
qayıdanda,
yenə tut ağacının altında
dayandım.
Daha piano səsi gəlmirdı,
sən də yox idin.
Həmişə baxdığım pəncərədən
təkcə bir qərənfil asılmışdı-
yaxana taxdığın o qərənfil!