1
Yorum
1
Beğeni
5,0
Puan
1126
Okunma
Qızlar analarına
heç oxşamır buralarda,
oğullarsa babalarına.
Həyatın rəngi də qarışıq-
nə əlvan,nə tutqun.
Hər bucaqda sülənən
insanlar kimi
yöndəmsiz və düşgün.
Dilənçi torbalarında
qəpik-kuruşa dönüşmüş
LƏYAQƏT,
altın saraylarda
piylənmiş göbəkləri sıxan
kəmərlərin boğduğu
İNSANLIQ,
pomadalı dodaqlarda
intihar edən
NAMUS...
Bayağı həyat simfonisinin
qarmaqarışıq notları
bir pianist barmaqlarında
böylə çalınır buralarda.
Buralarda hər şey
üç nöqtə ilə başlayır
və...heç zaman qurtarmır.
Sualların yağmur
damlaları kimi tıkladığı
zehinlər yox olub gedir
susuz dodaqların dualarında.
Təkcə,duyğular qalır
səfil-sərgərdan.
Dualar qədər də
günahlar var buralarda.
Daha analar da
kişi doğmurlar-
ölüm kamplarının
kısır məhbusları kimi.
Buralarda heç nə doğulmur insan adına,
hər şey ağrılardan
və acılardan biçilmiş
xəyal kimi...
Sahibsiz itlərin
dolaşdığı sokakların
bir ucu çil torağayların
fit çaldığı çöllərə
qədər uzanıb gedir,
əsarətdən özgürlüyə
gedən yol kimi.
Buralarda özgürluk
nəğmələri oxumaq yasaq.
Sahilsiz dənizlərin
dalğaları qədər
mutlu deyilmiş
insanlar, əsla.
Fırtına quşunun
qanadlarında dalğalarla
savaşan azadlığın,
umutsuz əsarətin
qucağında uyuyan
köləlik qədər
dəyəri yoxmuş buralarda.
Buralarda həyat
qurumuş ağaclara bənzər.
QURUMUŞ AĞACLARIN
GÖLGƏSİ OLMUR!
5.0
100% (1)