2
Yorum
2
Beğeni
0,0
Puan
1170
Okunma
Biri bir söz desə,desəm,
Əğər sözü kəsə desəm,
Artıq-əskik nəsə desəm
Dostlar məndən inciməsin.
Nə tez keçir bu cavanlıq,
Başımı alır dumanlıq,
Xatam varsa bir yamanlıq,
Dostlar məndən inciməsin.
Şahsam,qızıl taxtım yoxsa,
Vardan quru baxtım yoxsa,
Görüşməyə vaxtım yoxsa,
Dostlar məndən inciməsin.
Hər dimağı çəkməz meyil,
Gəzər ağlım veyil-veyil,
Daha yazmaq mənlik deyil,
Dostlar məndən inciməsin.
Kimlər nəyin marağında,
Gönlüm haqqın sorağında,
Ölsəm ömrün bu çağında,
Dostlar məndən inciməsin.