0
Yorum
0
Beğeni
0,0
Puan
708
Okunma
Film kimi axir gedir,
Hərə bir gün baxır gedir,
Gələn əvvəl-axır gedir,
Bizdən sonra qalan dünya,
Yalan dünya.
Nə mənliksən,nə sənliksən,
Adam əlindən tünlüksən,
Deyirlər ki,beş günlüksən,
Altı günə dolan dünya,
Yalan dünya.
Nabat-noğul vaxtın keçdi,
Daha nağıl vaxtın keçdi,
Sökül,dağıl,vaxtın keçdi,
Viran dünya,talan dünya,
Yalan dünya.
Yüz kərə sına baxtını,
Əcəl dəyişməz vaxtını,
Süleymanın öz taxtını
Öz əlindən alan dünya,
Yalan dünya.
Nə baxırsan tək gözünlə,
Fırlatma məni özünlə,
Beş arşın bəyaz bezınlə
Bizi yola salan dünya,
Yalan dünya.
*