1
Yorum
0
Beğeni
0,0
Puan
1609
Okunma
DOSTUM VAQİFİN ATASI AĞSAQQALIMIZ NƏZİR DAYIYA HƏSR EDİRƏM
Ürəyin cox Böyük Dünyaya sığmaz
Amalın Fərəhin çək , Nəzir dayım
Kədərlə Sevincin tükənməz ,bitməz
Fərəhlə Qəm yoldaş çək, Nəzir dayım
Qorqud Böyüklüyü ağ saçlığında
Tayi Səxavəti əl tutmağında
Dönməzlik ,Əzəmət qovğalığında
Usanmaz Halaldan heç, Nəzir dayım
Həyatla vuruşdun Həyatı yendin
Ağsaqqal önündə uşaqtək endin
Hörmətə yüksəldin ,İzzətə yetdin
Namusu ,Qeyrəti çək, Nəzir dayım
Gəlinlər gətirdin,qızlar köçürdün
Ev –eşik eylədin başa yetirdin
Nəvə -nəticədən Fərəh götürdün
Ağrını Acını keç, Nəzir dayım
Üstünə hücumda, Həyat Şəriylə
Qəm tüğyan eləyir, Dərd Kədəriylə
Savaşar Hürmüzdün Əhriməniylə
Haqqa Həqiqətə yet, Nəzir dayım
Büllur sular kimi Vicdanmız təmiz
Biz köçüb getsək də yaşar kəlməmiz
Ölümü öldürər Qürur nəğməmiz
Saymaz Əzrayılı heç ,Nəzir dayım