2
Yorum
0
Beğeni
5,0
Puan
1437
Okunma
Yolların daş kəsəyi,soyuq,sazaq, ayazı var
Kədərə təşnə könül dərddən qaçar dərd arayar
Kimsəyə yox iradım qəlb evimə gəlməz deyə
Amalım İnsanlığa Asena tək Qurd arayar
Ləpirin tutub gedən, Nicat yolun tapmadımı?!
İstəməz düzən yolu dağlığında sərt arayar
Göyə,göytürklüyümə gedən yolum Haqq Yoludur
Bu Yolun şərəf yükü çəkilməyə sırt arayar
Hardadır Gürşad ilə saray basan o qırx oğul
Oylağı Çənlibelli Koroğlu tək mərd arayar
Namına İnsanlığın soyuldular Nəsimilər
Olsa Babək misali göylərə həsrət arayar
Elliyəm ,Türkoğluyam haqqaxtaran Haqqıxlıyam
Sorduğm hər dam ,daşı Sayufsul Məmməd arayar
5.0
100% (1)