0
Yorum
0
Beğeni
0,0
Puan
941
Okunma

Tənhalıqda axtarıram mən MƏNİ
mən düzəndə MƏN zirvədə olandır
Yol sildirım düzən lalə çəmənli
mən şəməndə MƏN sıldırım YOLdadır
döyüşdüm Satqınla Sədaqətimlə
öcəşdim Qlümlə Cəsarətimlə
Namusu qorudum AR İSMƏTİMLƏ
Amalın Yolları dolam dolamdır
Azadlıq istərəm Mütləq Mənada
Mahiyyət olarsa vardır Məna da
Xoşbəxt yaşayarsan İNSAN olanda
bunlarsız Bəxtəvər olmaq yalandır
Türkəm Birsifətlik huyum xasyətim
Şəhvətlə döyüşə silah QEYRƏTİM
İnancıl yarandım ---daim töhmətim
Muğamım MÜTLƏQƏ tam qovuşandır
Ölümlə öcəşdim Qəhrəman oldum
adamla döyüşdüm MƏN--İNSAN oldum
Sazımla Göylərə qovuşan oldum
Ruhani gönlümdə ALİ olandır