2
Yorum
0
Beğeni
5,0
Puan
1591
Okunma
Bəşərdə İnsan yox,Adamlar çoxdur
Dünyanı qurtaran İnsan hardadır?
Söylədik guhahkar zəmanədəndir
Zəmanə yaradan İnsan hardadır?
Ana olammadı balaya sirdaş
Ürəyin acammır bacıya qardaş
Qəpiyə satılır doğma arkadaş
Doğmalıq bulağı İnsan hardadır?
Suallar üstümə yağmur tək gəlır
Güney deyiləndə qəlbim göynəyir
Urus baran deyir,farsı xər deyir
İnsanlıq öyrədən İnsan hardadır?
İslam düşməni deyib ,şərə bükürlər
Qaldıran başları,kəsib tökürlər
Azadlıq Aşiqni dara çəkirlər
Millət xilaskarı,İnsan hardadır?
Kağızım vüsaldır qələmim qubar
Yellərdən yolladım Güneyə izhar
Amalım ,İnamım qəlbimə Vüqar
Mütləqi axtaran İnsan hardadır?
Saçları xınalı ,qartal tək vuran
Öldürüb sevinməz,ağlayan pünhan
Dünyanı fəth edən,dövlətlər quran
Turanı yaradan İnsan hardadır?
Adamdan Üstünəm Göylər məkanım
Sazlı Muğamlıyam İman imkanım
Həqiqət,Ləyaqət,Fərəh sükanım
Adamdan yaranan İnsan hardadır?
5.0
100% (1)