İnsanın çocuğu ile övünmesi kendisiyle övünmesi demektir. somerset maugham
huseyn
huseyn

Türkəm

Yorum

Türkəm

( 2 kişi )

2

Yorum

0

Beğeni

5,0

Puan

1151

Okunma

Türkəm

Türkəm

Təmkinimlə, təməlimlə,
Xoşməramlı əməlimlə,
Qılıncımla, qələmimlə
Canlı tarix yazan Türkəm!

Qan – qadayla dolu tarix,
Qırılsaq da, qaldıq, varıq,
Qarı düşmən, gəlmə sarıq,
Qanlı tarix yazan Türkəm!

Diri ikən ölmüş sağın,
Yaman, yaramaz, yaltağın,
Qudurmuşun, qurumsağın
Quyusunu qazan Türkəm!

Qaynar nədi, bürkü nədi?
Qorxu nədi, hürkü nədi?
Qoşun qat-qat, cərgə səf-səf,
Pərənini pozan Türkəm!

Dağ tamaşa, bağ tamaşa,
Dünya tilsim başdan-başa,
Əfv et Tanrım, səndən haşa,
Yuxuları yozan Türkəm!

Min əlim var, min qolum var,
Quran haqdı, haqq yolum var,
Bəşər oğlu, bir yolum var,
Yaradanam, quran Türkəm!

Qoç Koroğlu, Eyvaz, Bolu,
Dəli Həsən dəli – dolu,
Babəkin bükülməz qolu,
O mərdləri doğan Türkəm!

Gəlin məndən xəbər alın,
Onu görməz gönü qalın,
Türk olarmı əli yalın?
Qalaları yapan Türkəm!

Tariximə nəzər salın,
Nizamiyəm, Füzuliyəm,
Naxış, ilmə zər, ziliyəm,
Söz dünyası zinət Türkəm!

Ulularım, Uzun Həsən,
Atillayam, asan-kəsən,
Tomris anam, Nüşabəyəm,
Nümunəyəm, ulu Türkəm!

Qolça qopuz, sonam sazım,
Sənsən qışım, bahar, yazım,
Haqlı mənəm, haqdı yazım,
Dədəm Qorqud – Ozan Türkəm!
~~~~~~~~~~~~~~~~~~~~~~~
09.04.2011ci il, 17:16:54


Laylamı çalsın

Yatan vaxtı qoy laylamı
Layiqincə al lalələr,
Şərbət çeşmə, şəlalər,
Allı-güllü dağlar çalsın!

Meşələrin sərin mehi,
Çəmənlərin şəbnəm, şehi,
Sünbüllü yaşıl zəmilər,
Gül, bülbüllü bağlar çalsın!

Leylilərdə vəfa yoxdu,
Məcnunlarda cəfa çoxdu,
Çəkdiyim eh, ahdı, ufdu,
“Urfanı”nı ustad çalsın!

Qopsun tufan, qasırğalar,
Oynasın əl, qol, sırğalar,
Ağrım çoxdu, ay ağalar,
Qara zurna cəngi çalsın!

Bulanmasın bulaxlar da,
Səsi - küyü qulaxlarda,
Qoy gözləsin Əzrayıl da,
Onnan sonra canım alsın!

Almağ üşün quru canı,
Axıtmağa nahaq qanı,
Qoy yağlasın qırmancını,
Qılıncını Fələk çalsın!

Cuşə gəlib yenə qələm,
Ərşə qalxıb əşi ələm,
Başdan-başa dərdi-sərəm,
Çəkinməsin, sərbəst çalsın!

Ey Səngərli, səbr səndə,
Nələr var, nələr sinəndə,
Bir ürək mələr sinəndə,
De laylanı mələk çalsın!
~~~~~~~~~~~~~~~~~~~~
10.04.2011-ci il, 15:16:21



Hayıf

Gülüstanda qönçə açdı, gül oldu,
Eşq ucundan Kərəm yandı kül oldu,
Keşiş əngəl, müxtəsər müşkül oldu,
Yandıran da hayıf, yanan da hayıf.

Kal kalamı dinləməyə halım yox,
Gözünə qatmağa babam, balım yox,
Əldən gedif Ələsgərim, Alım yox,
Köçüf gedən ustadlara min hayıf.

Talan olar, Tanrı qırsa qələmi,
Başdan aşar dərdi, qəmi, ələmi,
Meh əsməsə meyl salar teləmi?
Miskin duran mizrab hayıf, tel hayıf.

Qədrini bilməyən namərd, nadürüst,
Onnan eydi elə heykəl, bürünc büst,
Yetişdirsə əzgin-üzgün, süzgün, süst,
O kənd-kəsəy, oba, oymağ, el hayıf.
*
Səngərlinin bir özgədi baxışı,
Əgər yoxsa min ilməsi, naxışı,
Yanmıyıf yazmaxdan yazmamax yaxşı,
Kağız da hayıfdı, qələm də hayıf.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
25.03.2011-ci il, 11:43:52

Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (2)

5.0

100% (2)

Türkəm Şiirine Yorum Yap
Okuduğunuz Türkəm şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Türkəm şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
türkmendağlı
türkmendağlı, @turkmendagli
30.7.2011 23:02:59
Hayıf

Gülüstanda qönçə açdı, gül oldu,
Eşq ucundan Kərəm yandı kül oldu,
Keşiş əngəl, müxtəsər müşkül oldu,
Yandıran da hayıf, yanan da hayıf.
***
Kal kalamaı dinləməyə halım yox,
Gözünə qatmağa babam, balım yox,
Əldən gedif Ələsgərim, Alım yox,
Köçüf gedən ustadlara min hayıf.
***
Talan olar, Tanrı qırsa qələmi,
Başdan aşar dərdi, qəmi, ələmi,
Meh əsməsə meyl salar teləmi?
Miskin duran mizrab hayıf, tel hayıf.
***
Qədrini bilməyən namərd, nadürüst,
Onnan eydi elə heykəl, bürünc büst,
Yetişdirsə əzgin-üzgün, süzgün, süst,
O kənd-kəsəy, oba, oymağ, el hayıf.
***
Səngərlinin bir özgədi baxışı,
Əgər yoxsa min ilməsi, naxışı,
Yanmıyıf yazmaxdan yazmamax yaxşı,
Kağız da hayıfdı, qələm də hayıf.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
25.03.2011-ci il, 11:43:52


Şiirinizi kutlarım.Yunus diyarından selamlar.
Seyraqif Coculu
Seyraqif Coculu, @seyraqifcoculu
30.7.2011 21:03:01
5 puan verdi
Salam el oğlu. Səni burda da tapdım. Bu şerini çoxdan oxumuşdum . Sevə-sevə
qiymətini vermişdim. Sənə yorum yazmasalar heç fikir vermə. Burada yarum
şeirin gücünə görə verilmir. özlərinin kampaniyası var. Şeirləri yazanda bir bir yaz
dəftərdə sayı çox olsun. Salamat qal .Yeni yaradıcılıq amacı ilə
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL