0
Yorum
0
Beğeni
0,0
Puan
46
Okunma
Bükülüb gedib
İlbəil ucalan ömrün binası,
Anbaan dağılıb, tökülüb gedib.
Bəzən də yıxılıb bünövrəsindən,
Düşüb kərpic - kərpic, sökülüb gedib.
Toxum da cücərər, yarpağa dönər,
Libasdan çıxanda çılpağa dönər,
Torpağdan yaranan torpağa dönər,
Torpağın altına çəkilib gedib.
Ağzı süd qoxulu, o, südəmərlər,
Kök-köməncdən çıxan, qalxan pöhrələr,
O körpə fidanlar, qəddi qələmlər,
Yerdə qəbir - qəbir əkilib gedib.
Ay Hüseyn, varlı da, kalan, kasıb da,
Saraylar sahibi, sultan da, şah da,
Xain, xəsis, bəxtəvər də, bədxah da,
Beş arşın kəfənə bükülüb gedib.
21.08.2025 20:25