0
Yorum
0
Beğeni
0,0
Puan
1116
Okunma
İrəvan Çuxuru
Çal ay aşıq, çal “İrəvan Çuxuru”,
Çal, çalxala dağı, daşı, çuxuru,
Çağlar çayı, qum, çınqılı, süxuru,
Göyçə Gölü görən indi dumduru?
Çal ay aşıq, çal “İrəvan Çuxuru”,
Babam yapan oba, oymağ, odada,
Yatan torpağ, yerdə, yurdda, yuvada
Baxaq görək kimlər qalı, kim duru?
Çal ay aşıq, çal “İrəvan Çuxuru”,
Bu hava həmən havamı, hal məni,
O yerlərdən sürgün etdi lal məni,
Din-imansız, yersiz-yurdsuz erməni?
Çal ay aşıq, çal “İrəvan Çuxuru”,
Yurddaşlarım uyuybdu, yuxulu,
Bu havanın iyi, qoxu qorxulu,
Ulu babam, sən ulusan, o ulu?
Çal ay aşıq, çal “İrəvan Çuxuru”,
Tarix mənə bir bambaşqa söz deyir,
Səbrin olsun, bir balaca döz deyir,
O yerlərə dönüşüm var, düz deyir?
Çal ay aşıq, çal “İrəvan Çuxuru”,
Qoy eşitsin oba məni, el məni,
Aç qulağın çulu çırığ erməni
Çəkmiş, çəkir, çəkəcəkdi yer məni!
Çal ay aşıq, çal “İrəvan Çuxuru”,
İrəvan çuxuru oldu Yerevan,
Gözəl Göyçəm hardan oldu vazgen Van?
Qudurmuşlar qan qusacaq, vallah qan!
Çal ay aşıq, çal “İrəvan Çuxuru”,
Hayastandı hal – hazırda hay tutan,
Çala – çuxur, çökəkliklər dolsun qan,
Ustad Şenlik çağır gəlsin Çıldırdan!
Çal ay aşıq, çal “İrəvan Çuxuru”,
O şahiddir, o yerləri dolanmış,
Axan sular, buz bulaxlar bulanmış,
Gözəl Göyçəm qızıl qanla sulanmış!
*
Çal ay aşıq, çal “İrəvan Çuxuru”,
Çal, çalxala dağı, daşı, çuxuru,
Soysuzların çatıb sonu, axırı,
Araz axsın, kim yaş çıxar, kim quru!
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
05.02.2011-ci il