Biz ancak bize hayran olanları can ve yürekten överiz. la rochefaucauld
huseyn
huseyn

Yaz ay qələm

Yorum

Yaz ay qələm

1

Yorum

0

Beğeni

0,0

Puan

1020

Okunma

Yaz ay qələm


Yaz ay qələm

Hər zamanın, hər anın,
Öz hökmü, öz diqtəsi,
Hələ tezdi nöqtəsi,
Yaz ay qələm, durmadan.

De gəlsin nahaq, haqdan,
Yaradandan, qurandan,
Quruluşdan, Qurandan,
Yaz ay qələm, durmadan.

Qorxusu yox Qurandan,
Üzgün, üzə durandan,
Düzgün, süzüb vurandan,
Yaz ay qələm, durmadan.

Yaz alçaqdan, ahıldan,
Pakdan, paxır, paxıldan,
Zər, zəmidən, taxıldan,
Yaz ay qələm, durmadan.

Durğun, vurğun, vurmadan,
Badalaqdan, qurmadan,
Qurddan, quşdan, durnadan,
Yaz ay qələm, durmadan.

Neçə-neçə evsizdən,
Könülsüzdən, kefsizdən,
Təlimdən, təhsilsizdən,
Yaz ay qələm, durmadan.

Tənbəllərdən, kahaldan,
Kapitaldan, kalandan,
Rüşvət verən, alandan,
Yaz ay qələm, durmadan.

Halvaçıdan, halsızdan,
Yavanlıqlı, yalsızdan,
Abırsızdan, arsızdan,
Yaz ay qələm, durmadan.

Seldən, sudan, daşqından,
Milyon köçkün, qaçqından,
Mat qalan mal, mahaldan,
Yaz ay qələm, durmadan.

İnciklik iğtişaşdan,
İşğalçıdan, işğaldan,
Qadadan, qalmağaldan,
Yaz ay qələm, durmadan.

İmandan yaz, dindən yaz,
Şeytandan yaz, cindən yaz,
Misgərdən, miskindən yaz,
Yaz ay qələm, durmadan.

İcrasız qətnamələr,
Nağıl - mağıl namələr,
Kim məlundu, kim mələr,
Yaz ay qələm, durmadan.

Palançıdan, qırçıdan,
Dişlərini qırcıdan,
Qan axıdan “nurçu”dan,
Yaz ay qələm, durmadan.

Sən nəzər sal Xəzərə,
Nargin adlı məzara,
Baxtlar bada, bazara,
Yaz ay qələm, durmadan.

Nəşə axır sel kimi,
Xəfif əsən yel kimi,
Qırılırıq tel kimi,
Yaz ay qələm, durmadan.

Yazmağa mövzunmu yox?
Deməyə sözünmü yox?
Yoxsa ki, lüzummu yox?
Yaz ay qələm, durmadan.

Sevgidən, səadətdən,
Məcnundan, məhəbbətdən,
Ayrılıqdan, möhnətdən,
Yaz ay qələm durmadan.

Başı bağlı, şallıdan,
Yanaqları xallıdan,
Dodaqları ballıdan,
Yaz ay qələm, durmadan.

Xatirələr xal kimi,
Acı, şirin, bal kimi,
Alnımızda nal kimi,
Yaz ay qələm, durmadan.

Ürəyindən keçənlər
Ömürdən, gündən keçər,
Yazanlar candan keçər,
Yaz ay qələm, durmadan.

Sən qəddənmiş, mən qəmli,
Sən qədəhsən, mən nəmli,
Sən dəlisən, mən dəmli,
Yaz ay qələm, durmadan.

Ay Səngərli,
Qələm tutan barmağın
Mürəkkəbə bulaşmaz,
Durmaq bizə yaraşmaz,
Yaz ay qələm, durmadan.
~~~~~~~~~~~~~~~~~~~~
31.07.2011-ci il

Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 
Yaz ay qələm Şiirine Yorum Yap
Okuduğunuz Yaz ay qələm şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Yaz ay qələm şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Makberî  - Ahmet Akkoyun
Makberî - Ahmet Akkoyun, @makber-ahmetakkoyun
31.7.2011 20:00:25
Halvaçıdan, halsızdan,
Yavanlıqlı, yalsızdan,
Abırsızdan, arsızdan,*
Yaz ay qələm, durmadan.

Seldən, sudan, daşqından,
Milyon köçkün, qaçqından,
Mat qalan mal, mahaldan,*
Yaz ay qələm, durmadan

güzel ve sıcak bir şiir az daha dikkat edilirse bu lehçe ile daha güzel şiirlerede imza atabilirsiniz yer yer kafiyeler gözden kaçmış bir de çok fazla kelime tekrarı var bunlar şiiri bozuyor şiirin uzun olması kafiye sıkıntısına yol açmış görünüyor daha kısa ve tekrarsız kelimelerde yazarsanız 7 lik daha güzel şiiirlşer gelecek gibi
selam ve dua ile
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL