1
Yorum
5
Beğeni
5,0
Puan
493
Okunma
Bəxtiyar Ersay paşam !
Bir millətik, ad olduq,
Neçə illər yad olduq,
Biz necə övlad olduq ?
Gəlişinə şad olduq,
Bəxtiyar Ersay paşam !
Mübarək qədəmlərin,
Nə xoş xəbər, xoş gəldin,
Salam, səfa gətirdin,
Ətri gəlir zəfərin,
Bəxtiyar Ersay paşam !
Bəxtəvərsən, bəxtəvər,
Ordun qalib, müzəffər,
Uğurludur, bu səfər,
Qan qusacağ, o kafər,
Bəxtiyar Ersay paşam !
Daşnaka tut toy paşam,
Yağıya gəl doy paşam,
Gözlərini oy paşam,
Safdır qanın, soy paşam,
Bəxtiyar Ersay paşam !
Qardaşlıq, müttəfiqlik,
Əbədidir, bu birlik,
Şükürlər olsun, birik,
Yolunu gözləyirdik,
Bəxtiyar Ersay paşam !
Bir döyünür qəlbimiz,
Qoşa vurur nəbzimiz,
Yenilməz əsgərimiz,
Silahlı Qüvvələrmiz,
Bəxtiyar Ersay paşam !
Hüseyn, Türkə can qurban,
Alınacaq qana qan,
Əmin ol, Azərbaycan.
Yaşa, qalib komandan,
Bəxtiyar Ersay paşam !
~~~~~~~~~~~~~~~~~~~~~~
11.12.2022 12:15
5.0
100% (4)