1
Yorum
1
Beğeni
5,0
Puan
1444
Okunma
İzmirim
Bakım qədər doğma, əziz,
Bakım kimi bəyaz bəniz,
Egeyimlə Xəzər dəniz,
Bakımla qardaş İzmirim!
Keçdi Efesdi illərin,
Ləpə döyür sahillərin,
Şəkərdən şirin dillərin,
Şəffaf, şəfalı İzmirim!
Bir yanında Quşadası,
Namərdə getsin qadası,
Nazı, qəmzəsi, ədası,
Dosta vəfalı İzmirim!
Can deyənə can fədası,
Hərdəm gəlir xoş sədası,
Ruh verən, ruhun qidası,
Safdı, səfalı İzmirim!
Hüseyn birdi xeyir - şərim,
Toyum-şanım, ölüm-dirim,
Məryəm ana ocaq, pirim,
Ocaqdı, pirdi İzmirim!
~~~~~~~~~~~~~~~~~~~
Bakı, 27.05.2013 23:59:42
5.0
100% (1)