2
Yorum
2
Beğeni
5,0
Puan
952
Okunma
Adam kimi
Bu dünyaya biz gəlmişik
Yuxu kimi, xəyal kimi.
Çalınırıq simli, simsiz,
Sınıq - salxaq röyal kimi.
Gündən–günə, aydan-aya
Boy atdıq bir buğda boyu.
Nə itirdik, nə qazandıq?
Nə yaşadıq fəal kimi.
Ay al - verdə mahir dəllal
Kimə qalmış bu cah-cəlal?
Çəkdiyimiz dərd-qəm, məlal,
Kim məst, kim də kahal kimi.
İnsan gərək arxasınca
İz buraxa, düz əməllər.
Bir düşünsün düdəməllər,
Əbləhlər əhli - hal kimi.
Öz nəfsinin qulu olma,
Olma çuğul, çulu olma.
Nə də əyil sənə harama
Diz çök, dil tök hambal kimi.
Ölüm şərbət, içəcəyik,
Bir boy kəfən biçəcəyik,
Bu dünyadan köçəcəyik
Səs-səmirsiz, kar, lal kimi.
Ey Hüseyn,
Sərmayəsi saf olanlar
Olar doğru, dürüst, halal.
Başda olsun ağıl, kamal,
Yaşa, ad al adam kimi.
~~~~~~~~~~~~~~~~~~~~~
Bakı, 27.05.2013 12:13:03
5.0
100% (2)