1
Yorum
1
Beğeni
5,0
Puan
1482
Okunma
Gülüm mənim
Naşı əldə qalar naçar,
Necə açar, ətir saçar?
Dərd – məlala olar düçar
Məndən ayrı gülüm mənim?
Qış olanda qardan qaçar,
Soyuqda uçunar, uçar,
Sinəsinə qızlar qucar,
Qucaq-qucaq gülüm mənim.
Gözlərinə göz qoyaram,
Ürəyinə köz qoyaram,
Nə doyar, əldən qoyaram,
Doyumsuzsan gülüm mənim.
Tər çiçəksən, qoxunmamış,
Şən nəğməsən, oxunmamış,
Bir çələngsən, toxunmamış,
Gülərüzlü gülüm mənim.
~~~~~~~~~~~~~~~~~~~~
10.05.2013 18:06:43
5.0
100% (1)