3
Yorum
6
Beğeni
5,0
Puan
1866
Okunma
Türk oğluyam, Türkəm oğul !
(“Türk oğluyam, Türkəm oğul”. Misra
Şəmkirli ustad aşıq Murad Niyazlıdandır)
Başım gömgöy buludlarda,
Mən Göy Türkəm, görkəm oğul.
Özüm ötkəm, sözüm ötkəm,
Türk oğluyam, Türkəm oğul !
Ayaqlarda sürünmərəm,
Ayrı donda görünmərəm,
Kişi kimi, mərd ölərəm,
Türk oğluyam, Türkəm oğul !
Torpağ andım, torpağ anam,
Anam üçün Şəhid ollam,
Anamsız sarallam, sollam,
Türk oğluyam, Türkəm oğul !
Mən bir Vətən fədaisi,
Türk əsgəri, Türkəm oğul !
Ata Türkün öz varisi,
Türk oğluyam, Türkəm oğul !
Qorqud babam çalan tellər,
Məskənimdi Çənlibellər,
Turan, Türkmən, bizim ellər,
Türk oğluyam, Türkəm oğul !
Quran haqqı, qul deyiləm,
Çuğullara çul deyiləm,
Yapıncıyam, kürkəm, oğul,
Türk oğluyam, Türkəm oğul !
Oğuz, qıpçağam, uyğuram,
Qazağam, özbək, qırğızam,
Başqırdam, tatar, kərkükəm,
Türk oğluyam, Türkəm oğul !
Qorxu qanmaz, hürkü bilməz,
Çətin haydan hürkəm, oğul.
Kərən bilər, kərki bilməz,
Türk oğluyam, Türkəm oğul !
Yağı, yaltaq böyür – başım,
Yaman ağır qara daşım,
Əyilməzdi, məğrur başım,
Türk oğluyam, Türkəm oğul !
Nə quzuyam, nə qurdam mən,
Nəğmə dolu bir yurdam mən,
Qılınc, qalxan, əmudam mən,
Türk oğluyam, Türkəm oğul !
Vətənimə dönük çıxsam,
Ləçəy olsun başımda börk !
Kimliyimi dərk elə, dərk,
Türk oğluyam, Türkəm oğul !
~~~~~~~~~~~~~~~~~~~~~~~
18.07.2016 21:10
5.0
100% (4)